SOCAR hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 7-si axşam saatlarından fevralın 10-u gündüz saatlarınadək hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilmiş, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılmışdır.