Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Tatneft” şirkəti energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi aparıb.
SOCAR üçün tarixi layihə - Aralıq dənizində qaz çıxaracaq – İSRAİLDƏ BÖYÜK LAYİHƏNİN QALİBİ OLDU
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “Tatneft” şirkətinin baş direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının prioritet istiqamətləri, energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi apardıq. Görüş çərçivəsində SOCAR və “Tatneft” şirkətləri arasında imzalanmış əməkdaşlığa dair Yol Xəritəsinin icrası tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək”, - deyə M. Cabbarov bildirib.