SOCAR şirkəti OMV Slovenia şirkətinin yanacaqdoldurma şəbəkəsini ala bilər.
FED.az xəbər verir ki, bu barədə Sloveniya mətbuatı məlumat verir.
“Avstriyanın OMV enerji şirkəti Slovaniyada 120 YDM-nin daxil olduğu OMV Slovenia şirkətinin 92,25% səhmlərini satnağı planlaşdırır. Polşanın neft qiqantı PKN Orlen bu sövdələşməyə maraq göstərir. Bu sövdələşmənin digər potensial iştirakçısı – Avstriyada 82 YDM-dən ibarət şəbəkəyə malik olan SOCAR şirkətidir”, - nəşrlər qeyd edirlər.
Bundan başqa, bu alışa Rusiyanın “LUKOİL” şirkəti də maraq göstərir. Şirkət regionda fəaliyyət göstərir və 2010-cu ildə Xorvatiyada “Crobenz”i alıb.
OMV 1992-ci ildə Sloveniya bazarında fəaliyyət göstərir. Istrabenz və INA ilə OMV Istrabenz şirkətini təsis edib. 2004-cü ildə Avstriya şirkəti OMV Slovenia adlandırılan şirkətin əsas sahibi oldu.
OMV 2021-ci il fevralın əvvəlində investsiya portfelinin optimallaşdırılması çərçivəsində OMV Slovenia şirkətinin səhmlərinin 92,25%-ni satmaq qərarı barədə elan edib.
Hazırda SOCAR xaricdə İsveçrə, Avstriya, Ukrayna, Rumıniyada və Gürcüstanda YDM şəbəkələrinə malikdir (İnterfax).