Azərbaycanın dövlət neft şirkəti SOCAR Serbiyanın NIS neft şirkətinin səhmlərinin əksəriyyətini almaqda maraqlıdır.
Eləcə də bax: SOCAR-ın yanacaqdoldurma məntəqələrinin dünya üzrə sayı - AÇIQLANIB
FED.az Serbiya mətbuatına istinadən xəbər verir ki, SOCAR-ın Serbiya hökuməti, eləcə də NIS-in əsas sahibi, Rusiyanın dövlətə məxsus “Qazpromneft” şirkəti ilə əlaqə saxladığı bildirilir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Rusiya qərbin iqtisadi sanksiyalarına məruz qalıb. Məlumata görə, bu, NIS-in Pançevo neft emalı zavodunu Avropa İttifaqı ərazisi vasitəsilə xam neftlə necə təmin edə biləcəyi qorxusunu artırır.
NIS şirkətinin 51%-i Rusiyanın dövlət şirkəti "Qazpromneft"ə, qalan hissəsi isə Serbiya hökumətinə məxsusdur. (Marja)