Banner

Energetika

SOCAR Ruminiyada 44-cü YDM-ni açıb

SOCAR Ruminiyada 44-cü YDM-ni açıb | FED.az
19:09 6 Yan 2020

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

FED.az xəbər verir ki, ölkənin cənubi-qərb regionunda, Serbiya və Bolqarıstan istiqamətindəki avtomagistrallar üzərində yerləşən Craiova şəhərində “SOCAR” brendi altında sayca 44-cü YDM açılıb. Yeni məntəqə, bu regionda müştərilərin ixtiyarına verilən sayca ilk YDM-dir. Məntəqədə 3 sayğac və elektriklə işləyən elektromobillər üçün şarj quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcək. YDM ərazisindəki "Nar" kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur. “Made in Azerbaijan” brendinin təbliği istiqamətində bütün məntəqələrdə Azərbaycan guşəsi yaradılıb və burada ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

Rumıniyada investisiya layihələrini uğurla reallaşdıran SOCAR, bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda SOCAR Rumıniyanın 21 regionu - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovada yanacaqdoldurma məntəqəsinə malikdir.

Digər xəbərlər

Banner