Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində "Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” – Çilov – Şah saçı – Dübəndi neft xəttində sızma müşahidə edilib.
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, hadisə ilə bağlı aidiyyəti dövlət qurumları və Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən digər operatorlarla əlaqə yaradılıb, məlumat mübadiləsi və sızmanın qarşısının alınması üzrə müvafiq tədbirlərin əlaqələndirilməsi həyata keçirilib.
Qeyri-sabit hava şəraitinin nisbətən sabitləşdiyi 9 fevral tarixindən etibarən bir sıra tədbirlərin icrasına başlanılıb. Tankerlər Neft Daşlarına yan alaraq və neftin daşınmasını həyata keçirib, beləliklə hasilata təsirin minimuma endirilməsi, habelə zədələnən boru kəməri ilə nəqlin dayandırılması təmin edilib, bununla sızma aradan qaldırılıb.
Boru kəmərinin təmir-bərpası prosesi çərçivəsində uzaqdan idarə olunan robot (ROV) suya buraxılıb, dalğıc xidməti mobilizə edilib. Həmçinin hadisə yerinə sualtı baxış keçirilib, müşahidələr əsasında təmir-bərpa işlərinin planı dəqiqləşdirilib.
Fasiləsiz şəkildə işlərin icrası nəticəsində 11 fevral saat 12:00-da təmir-bərpa işləri tam başa çatdırılıb, saat 13:30-dan etibarən isə yeni boru kəmərinin tədricən istismara qaytarılmasına başlanılıb. (Apa)