Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın "MOL Group" şirkəti arasında səmərəli enerji həlləri vasitəsilə enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın dəstəklənməsinə yönəlmiş əlavə əməkdaşlıq imkanları müzakirə olunub.
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
FED.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabında bildirib.
Bununla bağlı müzakirələr Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən "Özbəkistanın nefti və qazı" ("Oil and Gas of Uzbekistan - OGU2026") çərçivəsində R. Nəcəf və "MOL Group"un kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşdə aparılıb.
Görüşdə SOCAR "MOL Group" arasındakı möhkəm və uzunmüddətli tərəfdaşlıq vurğulanıb, eyni zamanda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə diqqət yetirilib.
R. Nəcəf bildirib ki, Azərbaycanda birgə upstream layihələri, o cümlədən Azərbaycanın Şamaxı-Qobustan bölgəsindəki quru sahə üzrə Kəşfiyyat, İşlənmə və Hasilat Bölgüsü Sazişi çərçivəsində davam edən işlər barədə fikir mübadiləsi aparılıb.













