Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 146 metr qazma işi həyata keçirilib.
FED.az SOCAR-ın saytına istinadən xəbər verir ki, ötən ay aparılan qazma işləri 2016-cı ilin yanvar ayından 13,6% çox olub.
Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Cari ilin yanvar ayı ərzində qazmadan alınmış 6 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. Qeyd edək ki, ötən ilin yanvar ayında 1 quyu təhvil verilib.