Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Qazaxıstan Bakı-Supsa kəməri ilə 3 mln. tonadək nefti nəql etmək marağındadır
FED.az xəbər verir ki, imzalanmış sənədlərdən biri də SOCAR tərəfindən Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq sənədidir.
Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Qazaxıstan Respublikasının “KazMunayQaz” Milli Şirkəti”nin idarə heyətinin sədri Maqzum Mirzaqaliyev “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”u və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş”i imzalayıblar.