Mayın 2-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleksey Çernişov ilə görüşüb.
SOCAR Ukraynaya 20 ton - YANACAQ VERİB
FED.az xəbər verir ki, görüşdə tərəflər neft-qaz sənayesində əməkdaşlığın perspektivlərini, o cümlədən Azərbaycan qazının Ukraynada saxlanması imkanlarını müzakirə edib, enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.