Son vaxtlar ölkədə "A-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Məsələ ilə bağlı aidiyyəti qurumlar dəfələrlə cavab versələr də məlumatlar səngimək bilmir.
Eləcə də bax: SOCAR-dan benzinin qiymətinin bahalaşması ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən bildirilib ki, yayılan məlumatlar doğru deyil. Heç bir məhdudiyyətdən, bahalaşma söhbət belə gedə bilməz: "Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqələrində yaranmış texniki problemlə bağlı olub"
Qeyd edək ki, "A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq “Aİ-92” markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.
“Aİ-92” markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.
"A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru dəyişib. Hazırda "A-98" 1,9 manata, "A-95" isə 1,6 manata satılır. Bundan öncə "A-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "A-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi. (Apa)