“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.
Eləcə də bax: SOCAR Gürcüstanın Koronavirusla Mübarizə Fonduna - 200 000 LARİ BAĞIŞLAYIB
FED.az xəbər verir ki, bunu QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
O qeyd edib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:
“Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.
Report