Hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İB dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini daha da gücləndirib.
FED.az xəbər verir ki, bu səbəbdən təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə işləri həyata keçirilib. Həmçinin bütün sahələrdə bilgiləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır.
“Şərəfli peşə sahibi neftçilərimiz iş başındadır”, -deyə məlumatda qeyd olunub.