SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin aprel ayında 47 min 90 ton dizel yanacağı, 3 min 926 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 8 min 314 ton yüksək təzyiqli polietilen, 358 ton mütləqləşdirilmiş izopropil spirti, 4 min 710 ton maye piroliz qətranı, 2 min 908 ton propilen və 1 min 405 ton butilen butadien fraksiyası ixrac etmişdir.
SOCAR-dan FED.az-a verilən məlumata görə, ümumilikdə, 2017-ci ilin yanvar-aprel ayları ərzində 252 min 918 ton dizel yanacağı, 18 min 822 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 32 min 593 ton yüksək təzyiqli polietilen, 4 min 348 ton mütləqləşdirilmiş izopropil spirti, 21 min 922 ton maye piroliz qətranı, 14 min 96 ton propilen və 10 min 83 ton butilen butadien fraksiyası ixrac edilmişdir.
2017-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 555,19 ABŞ dolları, təyyarə yanacağının - 493,19 dollar, dizel yanacağının - 460,89 dollar, 1 faizli kükürdlü mazutun - 306,35 dollar, yüksək təzyiqli polietilenin - 1260 dollar, butilen butadien fraksiyasının - 758,81 dollar, maye piroliz qətranının - 555,19 dollar, propilenin qiyməti - 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1575 avro təşkil etmişdir.
SOCAR neft məhsullarının ixrac statistikasını açıqlayıb
17:18
1 May 2017