SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-avqust aylarında 4 mln. 963,5 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,9% azdır.
SOCAR-dan bildirilib ki, 2017-cı ilin yanvar-avqust aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 25 mln. 601,2 min ton (azalma 9,29%) təşkil edib.
Cari ilin avqust ayında SOCAR tərəfindən 626,6 min ton neft hasil olunub. Azərbaycan üzrə hasilat 3 mln. 101,7 min ton təşkil edib.
2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub.
SOCAR neft hasilatını 2% azaldıb
17:49
5 Okt 2017