Neftin ucuzlaşmasına baxmayaraq SOCAR-ın əməliyyatları dayanıqlıdır.
FED.az xəbər verir ki, bunu SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov dünya bazarında neftin ucuzlaşmasının SOCAR-a mümkün təsiri barədə sual verərkən bildirib.
Qeyd edək ki, Rusiya ilə OPEK təşkilatına üzv ölkələr arasında neft hasilatının azaldırlması barədə razılaşmanın pozulması dünya bazarında neftin süərtlə ucuzlaşmasına yol açıb.
Eləcə də bax: Azərbaycan nefti 7 dollar ucuzlaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) rəsmi nümayəndəsi İbrahim Əhmədov şirkətin buna görə maliyyə itkiləri ilə üzləşəcəyini istisna etməyib. Amma şirkət rəsmisi düzgün investisiya siyasəti nəticəsində bunun şirkətə ciddi ziyan vurmayacağını da əlavə edib.
“SOCAR son illər qeyri-konvensional neftin hasilatına yatırımlar etməyib. Bizim investisiyalarımız əsasən Azərbaycanda və ölkə xaricində neft emalı və neft-kimya komplekslərinə olub. Bu bizə biznes portfelimizi tarazlaşdırmağa və bir məhsul növündən asılılığı azaltmağa şərait yaradıb” -deyə şirkət rəsmisi əlavə edib.