Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft”və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli sənədlər imzalanıb.
SOCAR-ın növbəti 10 ildəki hədəfləri açıqlanıb
FED.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkətin təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəf, "KazMunayQaz”ın İdarə Heyətinin (İH) sədri Asxat Xasenov, “Tatneft”in baş direktoru Nail Maqanov və “Uzbeknefteqaz”ın İH-nin sədri Baxodirjon Sidikov çıxış edib. Daha sonra sənədlərin imzalanması mərasimi keçirilib.
Konfrans çərçivəsində, həmçinin, “Yeni standartların işlənilməsi və neft-qaz sənayesində tətbiqi”, “Fövqəladə halların aradan qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının əhəmiyyəti”, "Neft-qaz sənayesi üçün açıq rəqəmsal həllər konsorsiumu – vahid mühəndis mühiti", “Birgə satınalma fəaliyyətinin üstünlükləri və tətbiqinin prinsip və mərhələləri” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrdə mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.