SOCAR “Star” neft emalı zavodu üçün İzmirin Əliağa bölgəsində elektrik stansiyası quracaq.
Eləcə də bax: STAR zavodu ildə 500 milyon dollar – MƏNFƏƏTLƏ İŞLƏYƏCƏK
FED.az xəbər verir ki, SOCAR 100 milyon türk lirəsi (16,8 milyon dollar) investisiya ilə “Star” zavodu üçün elektrik enerjisi istehsalı stansiyası inşa edəcək. Əliağadakı Türkiyənin ilk Xüsusi Sənaye Zonasında qurulacaq stansiya “Star” və digər sənaye obyektlərinin elektrik enerjisi tələbatını qarşılayacaq. Stansiya 125,6 meqavat elektrik enerjisi və 169,6 meqavat istilik enerjisi istehsal edəcək.
Stansiyanın inşasına iyun və ya iyul aylarında başlanacağı gözlənilir.
Azərtac