Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Həmçinin qeyd edilib ki, bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir. Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib. (Report)