Bu ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 72 min 571 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-dan verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 mln. 476 min 233 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər BTC-yə 319 mln. 151 min 612 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin noyabr ayında BTC kəməri ilə 344 min 987 ton Türkmənistan nefti nəql olunub.