“SOCAR Polymer” MMC 2021-ci ildə gəlirlərini kəskin artırıb.
Eləcə də bax: “Azerbaijan Rigs”in gəlirləri - 65% AZALIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, zavod maliyyə hesabatına görə, 479 mln. manatlıq gəlir əldə edib. Bu gəlirlər də ilik müqayisədə 2.4 dəfə çoxdur.
Satışın maya dəyəri 314 mln. manat olmuş, 15 mln. manatlıq ümumi inzibati, 20 mln. manatlıq paylaşdırma, 38 mln. manatlıq sair əməliyyat, 42 mln. manatlıq maliyyə xərcləri olub. Bununla da, 54 mln. manatlıq xalis mənfəət əldə edib.
1 yanvar 2022-ci il tarixinə 1 mlrd. 256 mln. manatlıq uzunmüdətli və 167 mln. manatlıq cari aktivləri olmuşdur.