Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xam neftin satışından əldə olunan gəlirlərinin həcmi 36 milyard 177 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatın istinadən xəbər verir ki, bu gəlirləri şirkətin ümumi gəlirlərinin 41,9%-inə bərabər olub.
Ötən il SOCAR-ın xam neft satışından gəlirləri 2024-cü ilə nəzərən 11 milyard 95 milyon manat və ya 23,5% azalıb.
Xatırladaq ki, şirkət 2024-cü ildə xam neft satışından 47 milyard 272 milyon manat qazanmışdı.
Qeyd edək ki, 2025-ci ildə SOCAR-ın ümumi gəlirləri 2024-cü illə müqayisədə 1 milyard 620 milyon manat və ya 1,9% artaraq 86 milyard 309 milyon manata yüksəlib.
SOCAR-ın xam neft satışından gəlirləri – 11,1 MİLYARD MANAT AZALDI
13:17
20 Avq 2026












