Bu günlərdə Ukraynanın Ali Radasının birinci vitse-spikeri Ruslan Stefançuk ölkəsinin digər ictimai və siyasi xadimləri kimi, koronavirusla mübarizədə Azərbaycanın fəaliyyətini nümunəvi və vaxtında görülmüş adlandırıb. Onun sözlərinə görə, Ukrayna-Azərbaycan münasibətləri durmadan inkişaf edir. Pandemiya fonunda Ukraynadakı mövcud iqtisadi vəziyyət necədir, Kiyev üçün Bakı ilə əməkdaşlıq nə qədər vacibdir?
Eləcə də bax: SOCAR-ın böyük sərmayə qərarı - TƏXİRƏ SALINIR
Ukraynanın İqtisadi İnkişaf üzrə Milli Şurasının sədri, Ukrayna Ticarət Şəbəkələri Tədarükçüləri Assosiasiyasının rəhbəri, Kiyev Vilayəti Radasının deputatı Aleksey Doroşenkodur. Ekspert Ukraynadakı vəziyyəti, həmçinin Bakı ilə Kiyev arasındakı əməkdaşlığı şərh edib.
FED.az biznes portalı Media.Az-a istinadən müsahibəni təqdim edir:
- Bir çox ölkələrdə qəbul edilən karantin, məhdudlaşdırıcı tədbirlər şəraitində iqtisadiyyata necə kömək etmək olar?
- Hər kəs sağ qalmayacaq, mən biznesi nəzərdə tuturam və bu aydındır. Ancaq faydalananlar – benefisiarlar da olacaq. Qlobal mənada, bir çoxlarının düşündüyü kimi, Çin qalib gəlir. Ancaq bu da böyük sual altındadır. Ukraynaya gəlincə isə, bizim üçün olduqca çətin olacaq. Ukrayna (mən indi İqtisadi İnkişaf Nazirliyinin qida təhlükəsizliyi üzrə işçi qrupunun üzvüyəm) ciddi şəkildə zərər görəcək.
Kiçik və orta biznesi stimullaşdırmalıyıq ki, artan işsizliyi aradan qaldıraq. Kreditləşmə hesabına isə biz bütün sahələri qaldıra bilərik. Yəni, bunlarsız da gəlməmiş və indi də gəlməyəcək hansısa mücərrəd investisiyalara ümid etmək lazım deyil. Alıcılıq qabiliyyətinin artması sayəsində ümumi daxili məhsulun (ÜDM) artım amili olmuş öz vətəndaşlarımıza ümid etməliyik.
Ukrayna, Azərbaycandan fərqli olaraq, əhalinin böyük miqrasiyası ilə üzləşdi. Ukraynalılar Avropanın bir çox ölkələrində çalışırlar: Polşa, İtaliya, Almaniya. Ancaq indi (pandemiya fonunda - red.) hər şey kəskin şəkildə dəyişir. İnsanlar hansısa pullarla geri qayıdırlar. Əgər onlar bu vəsaiti öz kiçik bizneslərinə qoymağa hazırdırlarsa, bunu alqışlamaq və dəstəkləmək lazımdır. Məsələn, işinə 10 min dollar pul qoyan bir adam onun üçün sonadək mübarizə aparacaq.
İndi bir milyon insanın hərəyə 10 min dollar sərmayə yatırmaq qərarına gəldiyini təsəvvür edin. Bunlar bizdə çatışmayan həmin investisiyalardır. Buna görə də, mən məhz daxili amilə arxalanıram. Bizdə, təəssüf ki, başqa variant yoxdur. Biz indi daxili dövlət borcu istiqrazlarını buraxmağa məcbur “girov”larıq. Odur ki, Ukraynanın qurtuluşu real sektor, o cümlədən xidmət və ixrac sahəsidir.
Qeyd etmək istəyirəm ki, dünya dəyişəcək, aydındır ki, bir çoxları onlayn rejimə keçəcək. Bizdə dövlət orqanlarının toplantıları videokonfrans rejimində keçirilir. Bir çox insanlar sərhədi küçmədən xarici şirkətlər üçün çalışır.
- Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin təkcə BVF-dən deyil, dünyanın bəzi ölkələrindən, o cümlədən Azərbaycandan da kömək gözlədiyini açıqladı. Əlbəttə ki, Azərbaycan və Ukrayna yaxın ölkələr, tərəfdaşlardır, beynəlxalq təşkilatlarda tez-tez bir-birini dəstəkləyirlər. SOCAR Ukraynada fəaliyyət göstərir və bunu çox uğurla edir...
- Əlbəttə, bizə Azərbaycanla güclü ikitərəfli münasibətlər lazımdır! Sizin ölkəniz öz daxili ehtiyatlarına arxalanır. Bu da doğrudur. Ancaq Ermənistan Rusiya Federasiyasından asılıdır. Bakı və Kiyev dostluq və əməkdaşlıq etməlidir. Bizim birgə biznes layihələrimiz mütləq nəticə verəcək. Yeri gəlmişkən, SOCAR-ın Ukraynadakı iş modeli digər şirkətlərin fonunda fərqlənir. Bu, Azərbaycanın səviyyəsini göstərir və iki ölkənin qarşılıqlı əməkdaşlığına yaxşı nümunədir.