Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) bağlı 3 müəssisənin ixrac gəlirləri kəskin azalıb.
İxracdan ən çox qazanan 10 özəl Azərbaycan şirkəti - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın avqust sayına istinadən xəbər verir ki, SOCAR-ın Qaz İxrac İdarəsinin ixrac gəlirləri illik müqayisədə 29,4 milyon dollar və ya 4,8 dəfə azalaraq 7,7 milyon dollara düşüb.
Bundan başqa, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 175,7 milyon dollar olub ki, bu da, illik müqayisədə 68,6 milyon dollar, yaxud da 28,1% azdır.
“SOCAR Polymer” MMC-nin ixrac gəlirləri isə ötən ilin yanvar-iyul aylarına nəzərən 3,5 milyon dollar (2,2%) azalaraq 154,4 milyon dollara düşüb. Şirkətlərin cəmi ixrac gəlirləri 101,5 milyon dollar azalıb.












