Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Polşada səhmdar olduğu şirkətin prezidenti dəyişib.
"Azərizolit"in direktoru dəyişib - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadla xəbər verir ki, Bojena Knipfelberq ( Bożena Knipfelberg) Polşada fəaliyyətdə olan “Sarmatia” sp. z o.o.-nun (MMC) Prezidenti təyin edilib.
O bu vəzifədə Pavel Vysotskini (Paweł Wysocki) əvəz edib.
2004-cü ildə təsis edilən “Sarmatia” MMC-nin fəaliyyətinin əsas istiqamətləri Odessa-Brodı boru kəmərinin uzadılması vasitəsilə neftin Xəzər dənizindən Gürcüstan, Ukrayna, Polşa və Azərbaycandan keçməklə Avropaya çıxarılması məqsədilə yeni dəhlizin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması, yeni neft və qaz yataqlarının tədqiqatı və işlənməsi, eləcə də quruda və dənizdə müxtəlif obyektlərin tikintisi və boru kəmərlərinin çəkilişindən ibarətdir.
SOCAR-ın şirkətdə payı 27 faiz təşkil edir.