SOCAR-ın "Gama Enerji İç Anadolu" elektrik stansiyasını satın alması ilə bağlı saziş imzalandı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin "GAMA Enerji" şirkəti arasında saziş imzalanıb.
Əli Əsədov: "Abşeron" yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır
FED.az xəbər verir ki, II Azərbaycan Türkiyə İnvestisiya Forumu çərçivəsində imzalanmış sazişə görə, SOCAR "Gama Enerji İç Anadolu" elektrik stansiyasını satın alır.
Gücü 870 MVt olan elektrik stansiyasının 100 % payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir.


















