Ümumilikdə 398 qazpaylayıcı stansiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin tabeçiliyindən çıxarılaraq “Azəriqaz”a verilir.
Eləcə də bax: “Azəristiliktəchizat”ın “Azəriqaz”a 20 mln. manat - BORCU VAR
FED.az xəbər verir ki, bunu “Azəriqaz” istehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib.
O bildirib ki, sənədləşmə, təhvil-təslim və işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib.
R. Əliyev qeyd edib ki, 1 700-dən çox əməkdaş Qaz İxrac İdarəsindən “Azəriqaz” İstehsalat Birliyinin balansına veriləcək. (Report)