22 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov ilə görüşüb.
“Uzbekneftegaz”ın Azərbaycanda neft-qaz layihələrində iştirakına dair - MÜQAVİLƏ İMZALANDI
FED.az xəbər verir ki, görüşdə tərəflər Azərbaycanda və Özbəkistanda neft-qaz sektorunda əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, o cümlədən karbohidrogen ehtiyatların işlənməsi, rəqəmsallaşma, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.