30 iyul 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.
SOCAR BVF ilə bərpa olunan enerji və qaz ixracı infrastrukturu barədə müzakirələr aparıb
FED.az xəbər verir ki, SOCAR-ın yaydığı məlumata görə, görüşdə SOCAR ilə “ITOCHU” Korporasiyası arasında ötən illər ərzində səmərəli əlaqələrin qurulduğu vurğulanıb, bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib, enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, o cümlədən neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.