SOCAR-ın prezidenti Rövnəq Abdullayev iyulun 9-13-də İstanbulda keçiriləcək XXII Dünya Neft Konqresində (XXII World Petroleum Congress - WPC) iştirak edəcək. SOCAR-ın prezidentinin konqresdə iştirakı təsdiqlənib. R.Abdullayevin konqresdə çıxışı da planlaşdırılır.
Konqresdə həmçinin Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın, Rusiyanın energetika naziri Aleksandr Novakın, ABŞ-ın dövlət katibi Reks Tillersonun, OPEC-in baş katibi Məhəmməd Barkindonun, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun, BP-nin baş icraçı direktoru Robert Dadlinin, “Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasserin, “Total”ın baş icraçı direktoru Patrik Puyannenin, “Royal Dutch Shell”in baş icraçı direktoru Ben van Beurdenin, TPAO-nun baş direktoru Besim Şişmanın və başqalarının iştirakı nəzərdə tutulur.
Azertag©