31 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya Bankının Avropa və Mərkəzi Asiyada enerji və infrastruktur üzrə regional direktoru Çarlz Kormier ilə görüşüb.
SOCAR üçün tarixi layihə - Aralıq dənizində qaz çıxaracaq – İSRAİLDƏ BÖYÜK LAYİHƏNİN QALİBİ OLDU
FED.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, enerji sektorunda reallaşdırılan strateji layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin regionun igtisadi inkişafı və Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli hədəflərindən bəhs edilib, bu xüsusda enerji keçidinin prioritet istiqamət kimi müəyyənləşdirildiyi qeyd edilib.
Tərəflər, həmçinin neft-qaz hasilatı, bərpaolunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.