SOCAR prezidenti Rövşən Nəcəf Kot-d’İvuar Respublikasının Abican şəhərində səfərdə olub.
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və SOCAR-ın nümayəndələrindən ibarət heyətin səfəri çərçivəsində Kot-d’İvuarın Xarici İşlər Nazirliyinin və enerji sektoru üzrə yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib. Qeyd edək ki, səfərdə Xarici İşlər Nazirliyi nazir müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar tərəfindən təmsil olunub.
Görüşlərdə SOCAR tərəfindən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% payın alınması ilə bağlı, o cümlədən layihənin inkişaf mərhələləri, hasilat imkanları, logistika və kommersiya məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Layihənin SOCAR-ın Afrikada fəaliyyət coğrafiyasını genişləndirmək və beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirmək baxımından strateji əhəmiyyəti vurğulanıb.











