Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2024-cü ilin birinci yarısı üzrə audit olunmuş fəaliyyət nəticələri, şirkətin 2023-cü il üzrə audit olunmuş faktiki Əsas Səmərəlilik Göstəricilərinin (ƏSG) nəticələri, 2024-cü il üzrə büdcə proqnozları və ƏSG hədəfləri müzakirə edilib.
Müşahidə Şurasının iclasında, həmçinin SOCAR-ın ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi üzrə aparılmış tədqiqat nəticələri və digər məsələlər müzakirə olunub.