Mayın 24-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.
SOCAR “Özbəkneftqaz” ilə perspektiv əməkdaşlıq imkanlarını müzakirə edib
FED.az xəbər verir ki, Azərbaycan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2023-cü il üzrə fəaliyyət nəticələrinə dair təqdimat dinlənilib, ötən ilin nəticələri üzrə audit olunmuş maliyyə hesabatı təsdiq edilib. İclasda SOCAR-ın Müşahidə Şurası tərəfindən verilmiş tapşırığa uyğun olaraq, şirkətin 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsi təsdiqlənib.
İclasda həmçinin SOCAR-ın xarici investisiya layihələrində iştirakına və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.