2022-ci ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14.65 mln. ton təşkil edib.
Eləcə də bax: “SOCAR Karbamid” ixracı - 8 DƏFƏ ARTIRIB
FED.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Şirkətdən verilən məlumata əsasən, bu ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən 2.01 mlrd. m3 LNG ticarəti həyata keçirilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur.