Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədən gəlirləri 50 milyard 582 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatın istinadən xəbər verir ki, bu ölkədən gəlirlər ümumi gəlirlərin 58,6%-ini təşkil edib. SOCAR-ın İsveçrədən gəlirləri 2024-cü ilin sonu ilə müqayisədə 3 milyard 286 milyon manat və ya 6,1% azalıb.
Qeyd edək ki, 2025-ci ildə SOCAR-ın ümumi gəlirləri 2024-cü illə müqayisədə 1 milyard 620 milyon manat və ya 1,9% artaraq 86 milyard 309 milyon manata yüksəlib.












