Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlirləri 2024-cü illə müqayisədə 1 milyard 620 milyon manat və ya 1,9% artaraq 86 milyard 309 milyon manata yüksəlib.
FED.AZ biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatın istinadən xəbər verir ki, gəlirlərin böyük hissəsi 50 milyard 582 milyon manatı İsveçrədən olub. Bu ölkədən gəlirləri ümumi gəlirlərin 58,6%-ini təşkil edib. SOCAR-ın İsveçrədən gəlirləri ötən ilin sonu ilə müqayisədə 3 milyard 286 milyon manat və ya 6,1% azalıb.
SOCAR-ın gəlirlərində əsas yeri tutan ikinci ölkə Türkiyədir. Şirkət Türkiyədən gəlirləri 16 milyard 510 milyon manata bərabər olmaqla, illik müqayisədə 6 milyard 860 milyon manat və ya 71.1% artıb. Bu ölkədən gəlirlər şirkətin ümumi gəlirlərinin 19,1%-ini tutub.
Azərbaycandan gəlirlər isə 13 milyard 682 milyon manat olaraq, ümumi gəlirlərin 15,6%-ini təşkil edib. Azərbaycandan gəlirlər son bir ildə 5 milyard 476 milyon manat və ya 66,7% artıb.
Şirkətin Birləşmiş Ərəb Əmirliklərindən gəlirləri 7 milyard 809 milyon manat və ya 8,7 dəfə azalaraq 1 milyard 14 milyon manata düşüb. Bu gəlirlərin ümumi gəlirlərdə payı 1,2% olub.
Gürcüstandan gəlirlər isə son bir ildə 108 milyon manat (6,9%) artaraq 1 milyard 664 milyon manata yüksəlib. Bu gəlirlər SOCAR-ın bütün gəlirlərinin 1,9%-i deməkdir.
SOCAR ötən il digər ölkələrdən 2 milyard 857 milyon manat gəlir əldə edib. Bu da, illik müqayisədə 271 milyon manat və ya 10,5% çoxdur. Digər ölkələrdən əldə olunan gəlirlərin ümumi gəlirlərdə payı 3,3% olub.
SOCAR-ın gəlirlərinin əsas hissəsi hansı ölkələrdəndir? – ÖLKƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
17:45
19 Avq 2026












