Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.
Süleyman Qasımov Rövşən Nəcəfovun müşaviri - TƏYİN EDİLİB - DOSYE
FED.az xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.
Xatırladaq ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, "SOCAR Türkiyə" və "SOCAR Ukrayna" şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək. (Report)