Son il yarımda Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının sayı 5%-ə yaxın azalıb.
Bu barədə FED.az-a şirkətdən bildirilib.
Məlumata görə, əgər 2020-ci ilin əvvəlndə SOCAR-da 51 695 əməkdaş çalışırdısa, il ərzində əməkdaşların sayı 800 nəfərə azalaraq bir il sonra - 2021-ci ilin əvvəlində 50 861-ə enib.
Eləcə də bax: BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı - 100-ə Yaxın Azalıb
2021-ci ilin ilk yarım ilinin nəticəsinə görə isə SOCAR-ın əməkdaşlarının sayı 1600 nəfər də azalaraq 49 281-ə enib.
Başqa sözlə, son bir il yarım ərzində şirkətin əməkdaşlarının sayı 2400 nəfər və ya 5% azalıb.