Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birləşmiş Ərəb Əmirliklərindən gəlirləri 1 milyard 14 milyon manat olub.
FED.AZ biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatın istinadən xəbər verir ki, bu ölkədən gəlirlər ümumi gəlirlərin 1,2%-ini təşkil edib.
SOCAR-ın Birləşmiş Ərəb Əmirliklərindən gəlirləri 2024-cü ilin sonu ilə müqayisədə 7 milyard 809 milyon manat və ya 8,7 dəfə azalıb.
Qeyd edək ki, 2025-ci ildə SOCAR-ın ümumi gəlirləri 2024-cü illə müqayisədə 1 milyard 620 milyon manat və ya 1,9% artaraq 86 milyard 309 milyon manata yüksəlib.












