"SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında saxlayır".
SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına görə, şirkətin vəsaitlərinin əsas hissəsi Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilib və hökumət tərəfindən nəzarət olunur.
"Şirkətin bankdakı pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 2016-cı il dekabrın 31-i tarixinə 1,154 milyard manat (2015-ci ildə 2,529 mlrd. manat) təşkil edib", - deyə hesabatda qeyd olunub.
Bildirilir ki, SOCAR hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır.