COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qlobal yaşıl enerji şirkəti olan “Tree Energy Solutions” (TES) arasında Azərbaycanda elektrik təbii qazı (e-NG) layihəsinin inkişafının araşdırılması məqsədilə Birgə Tədqiqat Sazişi imzalanıb.
COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi - ELAN EDİLDİ
Bu barədə FED.az SOCAR-a istinadən xəbər verir.
Sənədə əsasən, TES-in regionda qabaqcıl apstrim modul texnologiyasının tətbiqinin texniki, iqtisadi və kommersiya məqsədəuyğunluğunun qiymətləndirilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın strateji mövqeyi və SOCAR-ın geniş enerji təcrübəsi ölkəmizdə e-NG istehsalı üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, Azərbaycanda istehsal olunan e-NG-nin Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması mümkündür.