2023-cü ilin I yarısında “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti $82,84 təşkil edib.
Azərbaycan neftinin büdcə qiyməti - 60 DOLLARA QALDIRILIR
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
“Bu, 2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən 24,75% azdır”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2022-ci ilin I yarısının yekunları üzrə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $110,08 təşkil edib.
2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $103,58 (2021-ci illə müqayisədə artım 44,6%) təşkil edib. 2023-cü ilin I rübündə bu göstərici $84,8 təşkil edib.
Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür. (İnterfaks-Azərbaycan)