Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan R Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
FED.az xəbər verir ki, “Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə ediblər.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə ediblər.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə ediblər.