Dövlət Neft Şirkəti (SOCAR) Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən hissəsində (21 km) yanacaqdoldurma məntəqəsi (YDM) tikir.
Eləcə də bax: Ermənistan Gorus-Qafan yoluna görə - ÇIXILMAZ VƏZİYYƏTDƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Yeniavaz-a istinadən xəbər verir ki, YDM-in tikintisində iştirak edənlər tikintinin gedişatı haqqında video paylaşıblar.
SOCAR ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov mətbuata verdiyi açıqlmada deyib ki, Qarabağ bölgəsində "SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 3-ə çatdırılıb: "SOCAR daha əvvəl Şuşada və Ağdam rayonunda modul tipli YDM-ləri açıb. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonu, Eyvazlı kəndinin ərazisində yerləşir”.