Levan Giorqadze “SOCAR Georgia Petroleum” şirkətinin yeni baş direktoru təyin olunub. Bu barədə “Caucasus Business Week” nəşri məlumat verib.
O bu vəzifədə David Zubitaşvilini əvəz edib.
Qeyd edək ki, "SOCAR Georgia Petroleum" Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti və Gürcüstanda benzin və dizel yanacağının ən iri idxalatçısıdır.