"SOCAR Trading" Türkiyədəki "Star Rafineri" neft emalı zavodu üçün Səudiyyə Ərəbistanına bu ilin aprel ayına 3 mln. barel neft sifariş verib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı bütün bölgələr üzrə - NEFT QİYMƏTİNİ UCUZLAŞDIRIR
FED.az biznes portalı "Apa"ya istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco" Rusiyanın "Urals" markalı neftinin əsas alıcıları olan Azərbaycanın SOCAR, Finlandiyanın "Neste Oil", İsveçin "Preem", Fransanın "Total", Böyük Britaniyanın BP və İtaliyanın "Eni" şirkətləri ilə öz neftinin satışına dair danışıqlar aparır.
Qeyd edək ki, "Star Rafineri" əsasən "Urals" markalı neftin emalını həyata keçirir. Ümumilikdə, ötən ilin oktyabr ayında istifadəyə verilən zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.