Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədrinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib.
SOCAR 2023-cü ilin maliyyə göstəricilərini - AÇIQLADI
Bu barədə FED.az-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasının üzvü Anar Axundovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində (SDM) görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib.
Görüşdə emal sektorunda görülən transformasiya işlərinin ölkənin dayanıqlı inkişafında və iqtisadi potensialının artırılmasında önəmi vurğulanıb.
Görüş çərçivəsində SDM tərəfindən həyata keçirilən layihələr barədə ətraflı təqdimat dinlənilib, Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma işlərinin gedişatı müzakirə edilib.
SOCAR-ın emal seqmenti üzrə fəaliyyət istiqamətləri, SDM tərəfindən NEZ-də və digər emal zavodlarında icra olunan transformasiya, rəqəmsallaşdırma layihələri, əməliyyat mükəmməlliyi proqramları, enerji səmərəliliyinin artırılması istiqamətində icra olunan tədbirlər və digər təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb.