Fed.az SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında büdcəyə ödənilən vəsait 1 milyard 24 milyon 827 min manat olmuşdur.
Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 816 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 108,7 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 163 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 940 min manat və ya 102,8 faiz çox olub.