Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı zəmanət məktubunun müddətini daha bir ay uzadıb. Bunu SOCAR Energy Greece şirkətinin icraçı direktoru Anar Məmmədov deyib.
SOCAR təminat məktubunun müddətini bir neçə ay əvvəl oktyabrın 31-dək uzatmışdı.
Qeyd edək ki, DESFA-nın səhmlərinin əldə olunmasında SOCAR-dan əlavə, İtaliyanın SNAM şirkəti də maraqlıdır. Bununla belə, hər iki şirkət səhmlərin 66 faizi üçün müəyyən olunan 400 milyon avro qiymətini yüksək hesab edir.
Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.
Trend©